İrandan yeni pilotsuz uçuş aparatı
İran yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edib. “AzeriDefence” saytının “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, PUA-nın konstruktoru Mehdi İraci deyib ki, “A1” adlanan yeni uçuş aparatı 10 min fut hündürlükdə 5 kq yüklə uça bilir. Uçuş prosesi 2 saat çəkir. Aparatın öz çəkisi isə 50 kq-dır. Uçuş aparatı rəngi, kimyəvi materialı və səsi qeydə ala bilən kamera ilə təchiz olunub.
Qeyd edək ki, İran hazırda bir neçə fərqli modeldə uçuş aparatları istehsal edir. Bir müddət əvvəl isə İranın “Paradiz” şirkəti benzin və xüsusi sürtgü yağı ilə işləyən hərbi və mülki təyinatlı uçuş aparatlarının istehsalına başlayacağı haqda məlumat yayıb. Bu uçuş aparatının qiyməti 50 min ABŞ dollarıdır.
CATEGORIES Aerospace