İranın yeni hipersəs ballistik raketi təqdim olundu

İranın yeni hipersəs ballistik raketi təqdim olundu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri tərəfindən hazırlanan yeni hipersəs ballistik raketin təqdimatı keçirilib.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Fəttah” adlı hipersəs raket İran prezidenti İbrahim Rəisinin iştirak etdiyi mərasimdə nümayiş olunub.

Qeyd edək ki, ötən həftə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə yeni hipersəs ballistik raketin bütün sınaqlardan keçdiyini və tezliklə təqdim olunacağını açıqlamışdı. O, sözügedən məhsulun istehsalını İranın raket sənayesində “böyük sıçrayış” kimi xarakterizə etmişdi.

1400 kilometr mənzilə malik olan “Fəttah” raketi düşmənin bütün hava hücumundan müdafiə sistemlərini keçməyə və həmin kompleksləri məhv etməyə qadirdir.

İran rəsmilərinin sözlərinə görə, “Fəttah” Yer atmosferinin altında və üstündə 13 Mach sürətlə manevr edə bilir.

Fəttah1

Poliqon.az

CATEGORIES
TAGS