
Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində daha bir hərbçisinin öldürüldüyünü açıqlayıb.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08:50-də cəbhədə baş verən atışmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun hərbi qulluqçusu Vardan Atrturoviç Vardanyan öldürülüb.
1994-cü il təvəllüdlü Vardan Vardanyan işğal altındakı Azərbaycan ərazilərində yerləşən Ermənistan Ordusunun hərbi hissələrindən birində müqavilə əsasında xidmət edirmiş.



