Sənaye
İsrail 5,7 milyard dollarlıq hərbi-sənaye məhsulunu xaricə ixrac edib

İsrail Müdafiə Nazirliyi 2015-ci ildə ixrac edilən hərbi sənaye məhsulları və imzalanan müqavilələrlə bağlı açıqlama yayıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, 2015-ci il ərzində İsrail şirkətləri 5,7 milyard dollar həcmində məhsulun satışına dair razılaşma əldə ediblər.
Xəbərdə bildirilib ki, qeyd olunan məbləğin 2,1 milyardı Hindistanın payına düşüb. Növbəti iki yeri isə ABŞ-la Avstraliya tutur.
Qeyd edək ki, 2012-ci ildə isə İsrailin hərbi-sənaye üzrə eksportu 7,5 milyard olub.



