İsrail ABŞ-dan əlavə F-35 döyüş təyyarələri alır

İsrail ABŞ-dan əlavə F-35 döyüş təyyarələri alır

İsrail Müdafiə Nazirliyi ABŞ hökumətindən “Lockheed Martin” şirkətinin istehsalı olan 25 ədəd F-35 döyüş təyyarəsi alacaq.

“Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar ölkənin müdafiə naziri Yoav Qallant tərəfindən təsdiqlənib.

Bildirilib ki, satınalma üzrə işlər tam şəkildə həyata keçirildikdən sonra İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkında xidmət göstərəcək F-35-lərin sayı 75-ə yüksələcək.

ABŞ tərəfindən maliyyələşdiriləcək satınalmanın ümumi dəyəri təxminən 3 milyard dollardır.

Poliqon.az

CATEGORIES
TAGS