İsrail müdafiə məhsullarının ixracında rekord qırıb

İsrail müdafiə məhsullarının ixracında rekord qırıb

İsrailin müdafiə sənayesi 2022-ci ildə 12.5 milyard dollardan çox hərbi təyinatlı məhsul ixrac edib.

Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib

Bildirilib ki, bununla da İsrail müdafiə sənayesinin ixracı 10 ildən az müddət ərzində iki dəfə artaraq 12 milyard 546 milyon dollar ilə (2021-ci ildə 11.4 milyard dollar) bütün zamanların rekordunu qırıb.

2022-ci il üzrə müdafiə ixracında əhəmiyyətli sektorlar:

  • Pilotsuz uçuş aparatları (PUA) və sistemləri – 25%;
  • Raketlər və hava hücumundan müdafiə (HHM) sistemləri – 19%;
  • Radar və zenit sistemlər – 13%;
  • Pilotlu təyyarələr və avionika – 5%;
  • Müşahidə və optik sistemlər – 10%;
  • Atəş və buraxılış vasitələri – 5%;
  • Nəqliyyat vasitələri və rabitə – 5%;
  • İKT və rabitə sistemləri – 6%;
  • İnformasiya və kiberkəşfiyyat – 6%;
  • Sursat və silahlanma – 4%;
  • Dəniz sistemləri – 1%;
  • Müştəri xidmətləri və digər – 1%.

Coğrafi seqment üzrə:

  • Asiya və Sakit Okean – 30%;
  • Avropa – 29%;
  • Şimali Amerika – 11%
  • Ərəb ölkələri – 24%;
  • Afrika – 3%;
  • Latın Amerikası – 3%.

Qeyd olunub ki, İsrail Müdafiə Nazirliyi tərəfindən imzalanmış hökumətlər arası ixrac müqavilələrinin (GTG/G2G – Government to Government) dərəcəsi də 2018-ci ildəki 412 milyon ABŞ dolları ilə müqayisədə 4 milyard dolları aşaraq tarixin ən yüksək səviyyəsinə yüksəlib.

photo 2023 06 14 16 04 50 e1686746767978

Poliqon.az

CATEGORIES
TAGS