İsrail müdafiə sənayesinin ixracı iki dəfə artıb

İsrail müdafiə sənayesinin ixracı iki dəfə artıb

İsrail müdafiə sənayesinin ixracı 10 ildən az müddət ərzində iki dəfə artıb.

“Poliqon” xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin baş direktoru general-mayor Eyal Zamir deyib.

O bildirib ki, İsrail Müdafiə Nazirliyi uzun illərdir həyati və strateji istehsal xətlərinin qorunub saxlanmasına sərmayə qoyur. Xammal uğrunda qitələrarası yarışın olduğu dövrdə İsrail xarici təchizatçılardan asılılığı azaltmaq istiqamətindəki işlərini davam etdirir.

“Əbəs yerə deyil ki, İsrail 2021-ci ildə 11.4 milyard ABŞ dolları ilə müdafiə ixracı sahəsində bütün zamanların rekordunu qırdı. Bu rəqəm on ildən az müddətdə iki dəfə artıb. Tezliklə 2022-ci il üçün məlumatları ümumiləşdirəcəyik və indidən deyə bilərəm ki, 2021-ci ilin rekordunun qırılma ehtimalı var”, – deyə Eyal Zamir qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS