İsrail və Yaponiya şirkətləri arasında memorandum imzalanıb

İsrail və Yaponiya şirkətləri arasında memorandum imzalanıb

İsrailin “Elbit Systems” ilə Yaponiyanın “Nippon Aircraft Supply” (NAS) və “Itochu Aviation” şirkətləri arasında strateji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, imza mərasimi Yaponiyada keçirilən DSEI-2023 sərgisi zamanı baş tutub.

Memoranduma əsasən, “Elbit Systems” şirkəti NAS və “Itochu Aviation” şirkətlərinə bir sıra həllər ilə bağlı texnologiya transferi həyata keçirəcək. NAS bunun əsasında hazırlanacaq həlləri istehsal və inteqrasiya edəcək, sınaqdan keçirəcək, onlara texniki xidmət göstərəcək. “Itochu Aviation” şirkəti isə həmin məhsulların Yaponiyada aparılacaq marketinq işlərinə rəhbərlik edəcək.

Bildirilib ki, İsrail bu əməkdaşlıq vasitəsilə həm Yaponiyanın müdafiə bazarı üçün yerli və keyfiyyətli məhsul təqdim edəcək, həm də oradakı maraqlarını təmin edəcək.

Poliqon.az

CATEGORIES
TAGS