Xəbərlər

İsraildə hava paradı keçirilib

İsrailin “Müstəqillik Günü”nün 73-cü ildönümü münasibətlə bir sıra şəhərlərinin üzərində F-35 qırıcılarının iştirakı ilə hava paradı keçirilib.

“Poliqon” xəbər verir ki, hava şousunda F-35i, F-15i, F-16i, F-16 qırıcıları, M346 “Lavi” təlim-döyüş təyyarələri, “Beechcraft Super King Air” turbovintli təyyarələr, “Sikorsky UH-60” çoxməqsədli və “Eurocopter AS-565SA” dəniz aviasiyasının helikopterləri, həmçinin hərbi nəqliyyat və yanğınsöndürmə təyyarələri də iştirak edib.

Hava şousunu yalnız İsrailin Tel-Əviv, Qüds, Aşdod, Beer Sheva, Hayfa şəhərlərinin deyil, eləcə də digər şəhərlərinin sakinləri də izləyə bilib. Bundan başqa, İsrail televiziyasının 12-ci kanalı hava paradını yayımlayıb.

Proqramın əsas məqamı kompleks manevrlər və yüksək pilotaj nümayiş etdirən aerobatika qrupunun çıxışları olub. İsraildəki ağ kombinezonlu bu beş pilot təkcə aviasiyanın deyil, həm də bütün ölkənin milli simvollarından sayılır.

İl ərzində onlar uçuş məktəbi təlimçiləri kimi və ya İsrail Hərbi Hava Qüvvələrinin aktiv eskadrilyalarında xidmət edir. Lakin, İsrailin “Müstəqillik Günü” hava şousundan iki ay əvvəl bir araya gələrək sıx təlimlərə başlayırlar. Bu bir neçə həftə ərzində hava paradı zamanı göstərəcəkləri bütün elementləri avtomatikliyə qədər işləmək üçün təxminən 50 uçuş reallaşdırırlar.

FB IMG 1618519726602

FB IMG 1618519633370

FB IMG 1618519627313

Back to top button