İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knessetin deputatı Ram Ben Barak Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə əməkdaşlıq çərçivəsində Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar.

“Poliqon” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “Twitter“ hesabında paylaşım edib.

“Tələbələrin kibertəhlükəsizliyə olan həvəsi və yüksək səviyyəli təlimləri onları heyran etdi. İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edir”, – deyə C.Dik tərəfindən qeyd olunub.

Poliqon.az

CATEGORIES