İstanbulda keçirilən IDEF sərgisi öz işinə başlayıb

İstanbulda keçirilən IDEF sərgisi öz işinə başlayıb

Türkiyənin İstanbul şəhərində keçirilən və iyulun 28-dək davam edəcək 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb.

“Poliqon” xəbər verir ki, IDEF-2023 sərgisi, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) ev sahibliyi, Müdafiə Sənayesi Başqanlığının (SSB) dəstəyi və Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir.

Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgiləri arasında yer alan IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2023-cü ildə böyük uğurlara imza atamağı hədəfləyib. IDEF-2023-də dünyanın müxtəlif ölkələrindən olan şirkətlər özlərinin yeni və müasir məhsullarını, həllərini və xidmətlərini həm dövlətlərin rəsmi nümayəndə heyətlərinə, həm də sərgi salonuna gələn ziyarətçilərə və mütəxəssislərə təqdim edirlər.

1000-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkətin məhsul və texnologiyalarını nümayiş etdirdiyi IDEF-2023-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi stendlə təmsil olunur.

10 ilə yaxındır IDEF-in Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC də sərgidə öz stendi ilə təmsil olunur. İngilis dilində nəşr olunan POLIQON IDEF-2023 Xüsusi Buraxılışı sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlanır.

Poliqon.az

CATEGORIES
TAGS