İsveç Silahlı Qüvvələri böyük sayda “Carl-Gustaf” sursatları sifariş edib

İsveç Silahlı Qüvvələri böyük sayda “Carl-Gustaf” sursatları sifariş edib

“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) “Carl-Gustaf” qumbaraatanları üçün təqribən 3 milyard SEK dəyərində (277.5 milyon ABŞ dolları) sursat sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifariş üzrə çatdırılmalar 2026-2030-cu illər ərzində həyata keçiriləcək.

Çoxməqsədli “Carl-Gustaf” qumbaraatanı 1948-ci ildən İsveç Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Onun ən son versiyası olan “Carl-Gustaf M4” variantının İsveç Ordusuna tədarük edilməsi ilə bağlı 2018-ci ildə “Saab” və FMV arasında alqı-satqı müqaviləsi imzalanıb.

“Carl-Gustaf M4” qumbaraatanı, “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2.2 dəfə yüngüldür.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran sursat sürətləndiricisi var.

Poliqon.az

CATEGORIES
TAGS