
İsveç yeni zirehli transportyorlar alır
İsveç Müdafiə Avadanlıqları İdarəsi (FMV) “Patria” şirkətindən 6×6 təkər formuluna malik zirehli transportyorlar alır.
“Poliqon” “Patria”ya istinadən xəbər verir ki, bunun üçün İsveç FMV və şirkət arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, sifariş edilən 20 ədəd “Patria 6×6” zirehli transportyorunun ilk partiyası cari il ərzində İsveç Silahlı Qüvvələrinə təhvil veriləcək.
İsveçdə “Pansarterrängbil 300” adlandırılacaq bu transportyor, 12 personalı daşımaq bacarığına sahibdir.
İstismarı və texniki xidməti asan olan “Patria 6×6” daha çox personlların daşınması üçün nəzərdə tutulsa da, ondan komanda nəzarət maşını və ambulans kimi də istifadə etmək mümkündür.
CATEGORIES Quru