İtaliya HDQ-nin Dəniz Piaydaları SUPERAV amfibiya zirehli tranportyorları ilə təchiz olunacaq

İtaliya HDQ-nin Dəniz Piaydaları SUPERAV amfibiya zirehli tranportyorları ilə təchiz olunacaq

“Iveco” şirkəti İtaliya Hərbi Dəniz Qüvvələrinə (HDQ) 8×8 təkər formullu SUPERAV amfibiya zirehli tranportyorları tədarük edəcək.

“Poliqon” “Iveco”ya istinadən xəbər verir ki, bunun üçün tərəfələr arasında ümumilikdə 36 ədəd SUPERAV transportyorunun alqı-satqısını nəzərdə tutan müqavilə imzalanıb.

Bildirilib ki, İtaliya HDQ-nin “San Marco Marina” briqadasının ixtiyarına veriləcək bu zirehli transportyorlar Dəniz Piyadalarının döyüş qabiliyyətini yüksək dərəcədə artıracaq.

SUPERAV transportyoru ABŞ-ın Dəniz Piyadarlarının ehtiyacını ödəmək üçün başladılan “Amfibiya Döyüş Maşını” proqramı çərçivəsində hazırlanıb. Proqramın gedişində “Iveco” rəqiblərini üstələmək və daha yaxşı platforma ərsəyə gətirmək üçün Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə müqavilə imzalayıb. Hər iki şirkət tərəfindən birgə inkişaf etdirilən zirehli transportyorun 16 ədəd prototipi 2017-ci ildə sınaqlarının keçirilməsi üçün ABŞ-ın Dəniz Piyadalarına təhvil verilib. 2018-ci ilin iyununda “Iveco” və “BAE Systems” şirkətləri tenderin qalibi olaraq ABŞ-ın Dəniz Piyadalarına 200 ədəd SUPERAV amfibiya zirehli transportyorunun tədarükü ilə bağlı müqavilə imzalayıb.

Maksimum ağırlığı 31500 kiloqram olan SUPERAV-ın boş çəkisi 27500 kq, yük götürmək bacarığı isə 4000 kiloqramdır. Zirehli transportyor quruda 105 km/saat sürətlə hərəkət etmək və suda 11 km/saat sürətlə üzmək bacarığına sahibdir. SUPERAV-ın personal daşımaq qabiliyyəti ümumilkdə 16 nəfər (3 ekipaj üzvü və 13 personal), hərəkət mənzili isə 700 kilometr təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS