
İtaliya və Yunanıstan şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb
İtaliyanın “Leonardo” və “Fincantieri” şirkətləri Yunanıstanın “Elefsis Shipyards” və “ONEX Shipyards” gəmiqayırma zavodları ilə birgə əməkdaşlıq edəcək.
“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bununla bağlı Yunanıstanın Elefsis şəhərində tərəflər arasında anlaşma memorandumları imzalanıb.
Sazişə əsasən, “Leonardo” və “Fincantieri” şirkətləri Yunanıstan Hərbi Dəniz Qüvvələrinin ehtiacları çərçivəsində yeni gəmilərin inşa edilməsində birgə çalışacaqlar.
Bu cəhətdən “Fincantieri” daha çox gəmilərin inşa edilməsi, “Leonardo” isə həmin platformaların dəniz sensorları, döyüş idarəetmə və digər elektron sistemlər ilə təchiz olunması prosesində iştirak edəcək.
Həmçinin tərəflər yeni araşdırma-inkişaf layihələrinin üzərində çalışacaq və Yunanıstan HDQ-nin dəniz donanmasında yer alan mövcud gəmilərin təkmilləşdirilməsini həyata keçirəcəklər.