“John Cockerill” Ukraynaya bağışlanan BV-206-ları modernləşdirəcək

“John Cockerill” Ukraynaya bağışlanan BV-206-ları modernləşdirəcək

Belçikanın “John Cockerill” şirkəti Ukrayna üçün bağışlanan BV-206 yüksək keçidlikli nəqliyyat vasitələrini modernləşdirəcək.

“Poliqon”un “John Cockerill”ə istinadən xəbər verir ki, modernləşdirmə nəticəsində BV-206-lar yaralıların təxliyəsi üçün uyğunlaşdırılaraq ambulanslara çevriləcək.

Bildirilib ki, modernləşdirmə sözügedən nəqliyyat vasitəsinin mühərriki və digər əlaqəli mexaniki aspektlərini, həmçinin daxili konfiqurasiyanı əhatə edir. Görüləcək işlər çərçivəsində BV-206-lar tibbi dəstlər və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcək.

Hazırda BV-206 nəqliyyat vasitələri Ukrayna Ordusu tərəfindən istifadə olunur və mürəkkəb istismar sahəsində yüksək hərəkət qabiliyyəti ilə tanınır.

CATEGORIES