“Kalaşnikov” AK-15 və AK-19 avtomatlarının kütləvi istehsalının inkişafını başa çatdırdı

“Kalaşnikov” AK-15 və AK-19 avtomatlarının kütləvi istehsalının inkişafını başa çatdırdı

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Kalaşnikov” Konserni 5,45 mm-lik AK-12 avtomatı əsasında müvafiq olaraq 7,62×39 mm-lik patronlar üçün nəzərdə tutulmuş AK-15 və 5,56×45 mm-lik patronlar üçün nəzərdə tutulmuş AK-19 hücum tüfənglərinin kütləvi istehsalının inkişafını başa çatdırıb.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, bu işlər müxtəlif müştərilərin maraqlarına uyğun həyata keçirilir.

Silahlı Qüvvələrin xüsusi təyinatlı bölmələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan 7,62 mm-lik AK-15 “Kalaşnikov” avtomatı “Ratnik” hərbçisinin döyüş təchizatının bir hissəsidir.

5,56 mm-lik AK-19 “Kalaşnikov” avtomatı NATO ölkələri tərəfindən qəbul edilən və dünyada geniş istifadə olunan 5,56 x 45 mm-lik patron üçün nəzərdə tutulmuş “Kalaşnikov” avtomatının ən son ixrac modelidir.

Hər iki model AK sisteminin inkişafının zirvəsi hesab edilir. Habelə, əvvəlki nəsillərdən yaxşı düşünülmüş erqonomika, bütün şərtlərdə istifadəyə uyğunlaşma və yüksəldilmiş atəş dəqiqliyi ilə fərqlənirlər.

Poliqon.az

CATEGORIES
TAGS