“Kalaşnikov” birinci yarımildə dövlət müdafiə sifarişini tam olaraq yerinə yetirib

“Kalaşnikov” birinci yarımildə dövlət müdafiə sifarişini tam olaraq yerinə yetirib

Rusiyanın “Kalaşnikov” konserni bu ilin ilk 6 ayı ərzində silah məhsullarının tədarükü planını tam həyata keçirib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, son iki ildə ümumi istehsal planının 60% artması ilə dövlət müdafiə sifarişinin yerinə yetirilməsi 100 faiz olub.

Hesabatla bağlı fikirlərini bölüşən “Kalaşnikov”un prezidenti Alan Luşnikov bildirib ki, konsern Rusiya Silahlı Qüvvələrini həm yeni silah modelləri, həm də əvvəlki illərdə inventara qəbul olunmuş ənənəvi silahlarla təmin etmək üçün hər cür səyi göstərir.

Onun sözlərinə görə, hazırda “Kalaşnikov” tərəfindən “Çukavin SVÇ” snayper tüfəngi, AK-19 avtomatı və PPK-20 tapança-pulemyotu fəal şəkildə inkişaf etdirilir. Bundan başqa, konsern digər mühüm layihələrə də start verib.

Poliqon.az

CATEGORIES
TAGS