
Rusiyanın “Kalaşnikov” konserni GOESÇN modulu ilə təchiz olunmuş “Qranat-4-E” müşahidə pilotsuz uçuş aparatlarını (PUA) sifarişçiyə təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, sifariş üzrə çatdırılma tam vaxtında yerinə yetirilib.
Uzaqdan müşahidə üçün nəzərdə tutulmuş “Qranat-4-E” pilotsuz uçuş aparatı müxtəlif imkanlarla yanaşı, yaxın taktiki zonada passiv lazer yönləndirmə başlığına malik yüksək dəqiqlikli sursatlar üçün lazer hədəfləmə qabiliyyəti də təmin edir.
GOESÇN modullu PUA-nın uçuş sürəti 90–130 km/saat arasındadır. Onun maksimum uçuş çəkisi 55 kq-dən çox deyil və birbaşa görmə xəttində istifadə radiusu 55 km-ə qədərdir. Maksimum uçuş hündürlüyü 3000 metr olan PUA-nın buraxılışı katapult vasitəsilə həyata keçirilir.




