Kanada Ukraynaya ilk “Leopard 2” tankını göndərib

Kanada Ukraynaya ilk “Leopard 2” tankını göndərib

Kanadanın Müdafiə Nazirliyi ilk “Leopard 2” tankını Ukraynaya göndərib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Kanadanın müdafiə naziri özünün “Twitter” hesabında paylaşım edib.

Xatırladaq ki, Kanada Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə ümumilikdə 4 ədəd “Leopard 2” tankını, eləcə də onların döyüş sursatı ilə ehtiyyat hissələrini tədarük edəcəyini ötən ay açıqlamışdı.

Həmçinin nazirlik texnikadan istifadə edəcək ukraynalı hərbçilərə lazımi təlimlərin keçiriləcəyini də bildirmişdi.

Poliqon.az

CATEGORIES
TAGS