DənizXəbərlər

Küveyt HDQ-nin raket katerləri “Leonardo”nun döyüş sistemləri ilə təchiz olunacaq

İtaliyanın “Leonardo” və Birləşmiş Ərəb Əmirliklərinin ADSB (“EDGE Group”un tərkibinə daxildir) şirkətləri arasında Küveyt Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Al Dorra” raket kateri proqramı çərçivəsində Falaj 3 konfiqurasiyası üçün yeni nəsil dəniz döyüş sistemlərinin tədarükünə dair müqavilə imzalanıb.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, təxminən 320 milyon avro dəyərində olan bu müqavilə EDGE və ADSB ilə strateji tərəfdaşlıqda mühüm mərhələ hesab olunur.

Bildirilib ki, saziş tərəflər arasında uzunmüddətli və uğurlu əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

Müqavilə həmçinin Leonardo ilə EDGE arasında gələcək birgə müəssisənin yaradılması istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Back to top button