Laçında çoban minaya düşüb

Laçında çoban minaya düşüb

Aprelin 12-də Laçın rayonu ərazisində mina hadisəsi baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə olub.

Bildirilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.

Poliqon.az

CATEGORIES