“Legioner E33k” PUA-nın sınaqları yerinə yetirilib
Rusiyada “Kalaşnikov” konserninin tərkibinə daxil olan “Silent Wings” şirkəti tərəfindən (rus. “Тихие Крылья”) hazırlanan “Legioner E33k” pilotsuz uçuş aparatının sınaqları (PUA) həyata keçirilib.
“Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verir ki, sınaqlar zamanı PUA-nın yük daşıma bacarığı yoxlanılıb.
Belə ki, “Legioner E33k” pilotsuz uçuş aparatı güclü küləkdə dayanıqlıq, etibarlılıq və çətin hava şəraitində işləmək qabiliyyətini nümayiş etdirərək verilmiş marşrutu uğurla qət edib və yükü lazımi nöqtəyə çatdırıb.
“Legioner E33k” PUA-nın texniki xüsusiyyətləri:
- Maksimum uçuş kütləsi – 29.9 kq
- Mühərrik növü – elektrik
- Qanad genişliyi – 4 m
- 3 kq yüklə qət edə bildiyi məsafə – 200 km
- 10 kq yüklə qət edə bildiyi məsafə – 50 km
- Yük bölməsinin ölçüsü – 400x220x208 mm
- Uçuş müddəti – 150 dəqiqəyə qədər
- Külək müqaviməti – 15 m/s-ə qədər
- İşləmə temperaturu – -25 ilə 40 dərəcə arasında
- Quraşdırma və işə salma müddəti – 15 dəqiqə