“Leonardo” Avstriya Silahlı Qüvvələrinə əlavə AW169M helikopterləri tədarük edəcək

“Leonardo” Avstriya Silahlı Qüvvələrinə əlavə AW169M helikopterləri tədarük edəcək

İtaliyanın “Leonardo” şirkəti Avstriya Silahlı Qüvvələrinə əlavə 18 ədəd çoxməqsədli AW169M helikopterləri tədarük edəcək.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 304 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Avstriya Silahlı Qüvvələrinə əlavə 18 ədəd AW169M helikopterinin çatdırılması ilə aviasiya parkında yer alan bu helikopterlərin sayı 36-ya yüksələcək.

Qeyd edək ki, “Leonardo” bundan öncəki sifariş əsasında, Avstriya Müdafiə Nazirliyinə ilk AW169M helikopterini ötən ilin dekabr ayında təhvil verib.

Yüngül çoxməqsədli helikopter (LUH – Light Utility Helicopter) olan AW169M həm desant və yüklərin daşınması, həm döyüş tapşırıqlarının yerinə yetirilməsi, həm də təcili yardım, axtarış-xilasetmə və yanğınsöndürmə kimi əməliyyatların icra edilməsi üçün hazırlanıb.

Poliqon.az

CATEGORIES
TAGS