Litva “Saab” şirkətindən RBS 70 raketləri alır

Litva “Saab” şirkətindən RBS 70 raketləri alır

Litvanın Müdafiə Avadanlıqları Agentliyi ilə İsveçin “Saab” şirkəti arasında RBS 70 raketlərinin alqı-satqısı ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Saab” şirkətinə istinadən xəbər verir ki, RBS 70 raketlərinin tədarükü üçün imzalanan müqavilənin dəyəri 350 milyon SEK (31,4 milyon ABŞ dolları) təşkil edir.

Müqavilənin şərtinə əsasən “Saab” şirkəti Litva Silahlı Qüvvələrinə RBS 70 raketlərinin tədarükünü 2023-2024-cü illər ərzində həyata keçirəcək. Bu raketlər 2004-cü ildən indiyə kimi Litva Silahlı Qüvvələrinin inventarında yer alan RBS 70 hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən istifadə olunacaq.

Qeyd edək ki, qısa mənzilli HHM sistemi olan RBS 70-in ən son versiyası RBS 70 NG-dir. “Saab” indiyə qədər 19 ölkəyə bu sistemi ixrac edib. Bunlardan 1600 ədədi buraxıcı qurğu və 18000 ədədi sistemin istifadə etdiyi raket olub.

Poliqon.az

CATEGORIES
TAGS