“Lockheed Martin”in PrSM raketi ən uzun uçuşunu tamamlayıb

“Lockheed Martin”in PrSM raketi ən uzun uçuşunu tamamlayıb

“Lockheed Martin” konserninin “Precision Strike Missile” (PrSM) əməliyyat-taktiki raketi bu günə qədərki ən uzun uçuşunu tamamlayıb.

“Poliqon” “Lockheed Martin” konserninin mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaqlar ABŞ Ordusunun Kaliforniya ştatının Vandenberg Kosmik Qüvvələri Bazasında (VSFB) yerinə yetirilib.

Bu, raket üçün ardıcıl beşinci uğurlu uçuş sınağıdır. Yüksək mobillikli artilleriya raket sistemlərinin (HIMARS) buraxma qurğusundan aparılan atəş PrSM raketinə Sakit Okean üzərində uzun uçuş tapşırığını yerinə yetirməyə imkan verib.

“Precision Strike” raketi uçuş mənzili və xüsusiyyətlər tələblərinə uyğun gəlməyə davam edir. Baza raket üçün bu uzun mənzilli mərhələyə nail olmaq, PrSM-in müştərilərinin modernləşmə prioritetlərini sürətli bir zaman kəsiyində qarşılamaq qabiliyyətini nümayiş etdirir.

Uğur, raketin istehsalı üçün cari ilin sentyabr ayında ABŞ Ordusu tərəfindən konsernə PrSM proqramının növbəti mərhələsinə keçməsindən ötrü “Erkən Əməliyyat İmkanları” (Early Operational Capability – EOC) və “Mühəndislik və İstehsalat İnkişafı” (Engineering and Manufacturing Development – EMD) müqavilələrinin verilməsi sayəsində əldə edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS