M1 “Abrams” tankları üçün M1147 atəş yığımı

M1 “Abrams” tankları üçün M1147 atəş yığımı

Tezliklə M1 “Abrams” tanklarının döyüş sursatının çeşidi azaldılacaq. Belə ki, tankçılar, beş əsas atəş yığımı əvəzinə ikisi arasında seçim etməli olacaqlar.

“Poliqon” xəbər verir ki, “Northrop Grumman” şirkəti, dörd növ atəş yığımını bir anda əvəz etməli olan yeni M1147 tank atəş yığımının təqdimatını keçirib.

“Abrams” tankları üçün yeni atəş yığımının yaradılması barədə hələ 2015-ci ildə məlum olub. Həmin dövrdə “Northrop Grumman” şirkətinin törəmə şirkəti olan “Orbital ATK” ABŞ ordusuna yeni fuqas mərmili atəş yığımının tədarükü üçün müqavilə qazanmışdır. İndi artıq M1147 atəş yığımının orduya seriyalı tədarükünə başlandığı məlum olub.

Əvvəllər XM1147 olaraq bilinən M1147 atəş yığımı, çoxfunksiyalı sursat olaraq, piyadaları və yüngül zirehli hədəfləri məhv etmək, həmçinin 2 km-ə qədər məsafədəki dəmir-beton istehkamları dağıtmaq üçün istifadə edilə bilər.

Yeni atəş yığımı tank sursatı çeşidindəki kumulyativ mərmili M830, universal tank əleyhinə mərmili M830A1, piyada əleyhinə karteçli mərmili M1028 və betondələn-fuqas mərmili M908 atəş yığımlarını əvəz edəcək.

Yeni mərminin döyüş başlığının gücü artırılıb və eyni zamanda izburaxma elementi ilə təchiz edilib. M1147 yüksək nüfuzetmə və yüksək fuqas təsiri təmin edir, eləcə də proqramlaşdırma qabiliyyəti sayəsində tankın heyəti mərmini hədəfin yaxınlığında havada partladaraq hədəfi məhv edə bilər.

IMG 20210503 040727

Əhəd Əzizov

CATEGORIES