Xəbərlər
Mərakeşə “Bayraktar TB2” PUA-ları çatdırılıb

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) Mərakeşə ixrac edilib.
“Poliqon” Mərakeş mediasına istinadən xəbər verir ki, müqaviləyə PUA-lardan başqa 4 ədəd uzaqdan idarə olunan yerüstü stansiya, PUA-lara konfiqurasiya edilə bilən simulyasiya sistemi, rəqəmsal sistemlər də daxildir.
Xatırladaq ki, Mərakeş Silahlı Qüvvələri aprel ayında Türkiyədən 70 milyon ABŞ dolları dəyərində 13 ədəd “Bayraktar TB2” PUA-nın alınması üçün müqavilə imzalayıb.
Qeyd edək ki, hazırda Türkiyə, Azərbaycan, Ukrayna və Qətərin silahlanmasında “Bayraktar TB2” PUA-ları yer alır.
Rizvan Fikrətoğlu




