“Meteksan Savunma” DIMDEX-2024 sərgisində qabaqcıl məhsullarını nümayiş etdirib

“Meteksan Savunma” DIMDEX-2024 sərgisində qabaqcıl məhsullarını nümayiş etdirib

Türkiyənin “Meteksan Savunma” şirkəti Qətərin paytaxtı Dohada keçirilən DIMDEX-2024 sərgisində qabaqcıl məhsullarını nümayiş etdirib.

“Meteksan Savunma”dan “Poliqon”a verilən məlumata görə, nümayiş olunan məhsullar arasında dəniz, radar, antidron və s. sistemlər alıb.

Sərgi ilə bağlı fikirlərini bölüşən “Meteksan Savunma”nın baş direktoru Selçuk Kerem Alparslan bildirib ki, şirkət qurulduğu gündən indiyə kimi Hərbi Dəniz Qüvvələri üçün unikal və qabaqcıl texnologiya həlləri inkişaf etdirərək, onları bir çox fərqli ölkəyə təqdim edib.

“DCSIM simulyatorumuz beş fərqli ölkə tərəfindən seçilib və biz bu sahədə dünya lideriyik. YAKAMOS 2020 gövdəyə quraşdırılan sonar sistemi Türkiyə Hərbi Dəniz Qüvvələrinin MİLGEM korvetlərində istifadə olunmağa başlandıqdan sonra daha iki ölkəyə ixrac edilib. YAKAMOS 2020 sonarının uğurundan sonra biz YAKAMOS-RT adlanan ilk geri çəkilə bilən sonar sistemimizi inkişaf etdirməyə başladıq. İnanırıq ki, YAKAMOS RT dayaz sularda üzən gəmilər üçün oyun dəyişdirici həll olacaq”, – deyə “Meteksan Savunma”nın baş direktoru qeyd edib.

“Meteksan Savunma” DIMDEX-2024 sərgisində nümayiş etdirdiyi məhsulların sırasına “Ulaq” insansız kateri, MILSAR SAR/MTI radarı, KAPAN antidron sistemi, “Retinar” AESA çox missiyalı radarı, YAKAMOS-RT geri çəkilə bilən sonar sistemi, DUNKER simulyatoru və FELIX sistemi daxildir.

CATEGORIES