Minatəmizləmə Agentliyi 24-cü il dönümünü qeyd edir

Minatəmizləmə Agentliyi 24-cü il dönümünü qeyd edir

İyul ayının 18-i Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) təsis olunmasının 24-cü il dönümü qeyd edir.

Minatəmizləmə Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb.

ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.

Agentliyin başlıca məqsədi Azərbaycanın işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücayəti sayəsində Qarabağın azadlığa qovuşması ilə Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer alıb. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirilib Minatəmizləmə sahəsində bir neçə ilklərə, yeniliklərə imza atılıb.

24 illik müddət ərzində ANAMA 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.

İşini şərəflə və qürurla həyata keçirən ANAMA, “Böyük Qayıdışa” inamla addımlayır.

Qarabağa təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara çağırış edərək, işğaldan azad edilmiş ərazilərdə onları məsuliyyətli və sayıq olmağa çağırır.

Poliqon.az

CATEGORIES
TAGS