“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı təsis edilib

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı təsis edilib

Prezident İlham Əliyev “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Poliqon” xəbər verir ki, qanuna əsasən, “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:

– minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

– minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

– minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılacaq.

Poliqon.az

CATEGORIES
TAGS