Misir ABŞ-dan CH-47F ağır nəqliyyat helikopterləri alır

ABŞ-ın “Boeing” şirkəti Misir Hərbi Hava Qüvvələrinə (HHQ) 12 ədəd CH-47F ağır nəqliyyat helikopteri tədarük edəcək.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 426 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqavilənin şərtinə əsasən, “Boeing” şirkəti 12 ədəd CH-47F ağır nəqliyyat helikopterinin Misir HHQ-ə çatdırılmasına 2026-cı ildən etibarən başlayacaq.

Qeyd edək ki, bununla Misir HHQ-nin aviasiya parkında yer alan köhnə CH-47D helikopterləri yeni CH-47F-lər ilə əvəzlənəcək.

CH-47F-in heyəti 2-3 nəfərdən (pilot, bort-texnik və ya komandir) ibarətdir. Helikopterinin sərnişin tutumu 33-55 əsgər və ya 2 müşayiətçi ilə 24 yataq xəstəsidir. Boş kütləsi 12210 kq, normal uçuş kütləsi 22680 kq, maksimal uçuş kütləsi 24494 kq və faydalı yükün kütləsi 12284 kiloqramdır.

Helikopter hər birinin gücü 4168 at gücü (3108 kVt) olan 2 ədəd turbovint “Honeywell” T55-L-714 mühərriki ilə təchiz edilib. Maksimal uçuş sürəti 285 km/saat, kreyser sürəti 259 km/saat, döyüş radiusu 935 km və praktiki uçuş tavanı 3090 metr olan CH-47F helikopteri 3 ədəd 7,62 mm-lik pulemyotla silahlandırılıb.

Poliqon.az

CATEGORIES
TAGS