MKE gəmi artilleriya qurğusunun dəniz sınaqlarına hazırlaşır

MKE gəmi artilleriya qurğusunun dəniz sınaqlarına hazırlaşır

Türkiyə uzun müddətdir tətbiq edilən embarqolar səbəbiylə bütün dünya donanmalarının vazkeçilməz elementi və döyüş gəmilərinin vurucu gücü olan 76/62 mm dəniz topunu təmin edə bilmirdi. Bu mühüm silah üçün Türkiyənin xaricdən asılılığına son qoymaq məqsədi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə “Makina və Kimya Sənayesi” (MKE) şirkəti Milli Dəniz Topunun (MDT) yaradılmasına başlayıb.

“Poliqon”un məlumatına görə, MKE-nin rəhbərliyi altında özəl sektor əməkdaşlığı ilə 12 aya kimi qısa bir müddətdə araşdırma-inkişaf (Ar-Ge) işləri tamamlanaraq 76/62 mm dəniz topu milliləşdirilib. Bu çərçivədə təqribən 17 min hissədən ibarət olan və tamamilə milli vasitələrlə istehsal edilərək yığılan 76/62 mm Milli Dəniz Topunun istehsalı qısa müddətdə həyata keçirilib.

MKE-nin 76 mm çaplı Milli Dəniz Topunun MİLGEM kimi platformalarda istifadə edilməsi planlaşdırılıb. Bununla, Türkiyə dəniz topu istehsal edə bilən dünyanın 8-ci ölkəsi olacaq.

MDT gəmi artilleriya qurğusu hal-hazırda istifadə olunan dəniz topu sistemlərindən fərqli olaraq yerli və milli olaraq inkişaf etdirilən rəqəmsal idarəetmə sisteminə malikdir. 76 mm çaplı MDT gəmi artilleriya qurğusu hava, quru və dəniz hədəflərinə qarşı təsirlidir. Yeni 76/62 dəniz topunun atış məsafəsi 16 km-dir. Top 5 fərqli atış rejimi ilə dəqiqədə 10, 20, 40, 60 və 80 atəş açmaq qabiliyyətinə malikdir. Beləliklə, maksimal atış tempi dəqiqədə 80 atəş təşkil edir.

Sursat təchizatı sistemi ilə avtomatik doldurularaq gəminin içindən idarə oluna bilən topun hündürlük dəyərləri, rəqəmsal idarəetmə ekranları sayəsində anbaan izlənilə bilər. Lülənin çapı 76 mm, uzunluğu isə 4700 mm-dir. Lülə su ilə soyutma sisteminə malikdir. Silah sisteminin kütləsi döyüş sursatı olmadan 7500 kq və döyüş sursatı ilə birlikdə 8500 kq civarındadır. Sistem 70 dəst atəş yığımı tutan fırlanan konveyerə malikdir.

2021-ci ilin noyabr ayında 76/62 MDT gəmi artilleriya qurğusunun Konyadakı Karapinar poliqonunda quruda ilk atış sınağı keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan video mesaj ilə qatıldığı mərasimdə bildirib ki, Türkiyə inkişaf etdirdiyi Milli Dəniz Topu ilə artıq bu silah sistemini istehsal edən azsaylı ölkələr arasına girib: “Bu silah sisteminin inventara daxil olması ilə birlikdə Türkiyə Hərbi Dəniz Qüvvələri çox daha güclü və təsirli hərəkət qabiliyyətinə sahib olacaq. Bundan əlavə, xaricdən satınalmalarda rast gəlinən yüksək xərc və gizli embarqolar da artıq tarixə qarışacaq”.

MKE mütəxəssislərinin sözlərinə görə, MDT-nin tək və avtomatık atış sınaqları uğurla həyata keçirilib. MDT gəmi artilleriya qurğusu liman və seyr qəbul testlərinin ardından Türkiyə Silahlı Qüvvələrinin invertarına veriləcək.

k49

Poliqon.az

CATEGORIES
TAGS