SərgilərXəbərlər

MKE yerli və milli müdafiə sistemlərini “Eurosatory 2026”da təqdim edəcək

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti 15-19 iyun tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2026”da iştirak edəcək.

MKE-dən “Poliqon”a verilən məlumata görə, sərgi çərçivəsində şirkət tərəfindən quru, hava və dəniz sahəsindəki yerli və milli müdafiə sistemləri beynəlxalq iştirakçılara təqdim olunacaq.

Qeyd edək ki, MKE istehsal irsini müasir müdafiə texnologiyaları ilə birləşdirərək, başda Türkiyə Silahlı Qüvvələri olmaqla dost və müttəfiq ölkələrin ehtiyaclarını etibarlı, innovativ və yüksək keyfiyyət standartlarına uyğun şəkildə qarşılayır.

Qabaqcıl tədqiqat-inkişaf (Tə-İn) imkanları, həmçinin güclü istehsal infrastrukturu sayəsində MKE kimyəvi məhsullardan barıta, patronlardan ağır silah sursatlarına, yüngül silah sistemlərindən ağır silah sistemlərinə, pirotexniki məhsullardan raketlərə, platformalardan inteqrə olunmuş sistem həllərinədək uzanan 1000-dən çox məhsul çeşidi ilə fəaliyyət göstərir. Şirkət bu imkanları sayəsində dünyada “ucdan-uca” inteqrə olunmuş istehsal həyata keçirə bilən yeganə müdafiə sənayesi şirkətidir.

MKE yalnız məhsul hazırlayan deyil, eyni zamanda texnologiyanı milli imkanlarla istehsal edən bir şirkət kimi, Tə-İn mərkəzlərində “Effektiv – Sadə – Ucuz” yanaşmasına əsaslanaraq orijinal və dayanıqlı həllər hazırlayır.

Müdafiə və mülki sektorlar üçün texnologiya inkişaf etdirmək və yüksək əlavə dəyərli istehsal həyata keçirmək vizyonu çərçivəsində şirkət 10-dan çox zavod, müəssisə və Tə-İn mərkəzindən ibarət güclü infrastrukturu, peşəkar mühəndislik potensialı və yüksək texnoloji səriştələri ilə qlobal miqyasda sektora istiqamət verən həllər təqdim edir.

Bu günə qədər 100-dən çox ölkəyə həyata keçirdiyi ixrac fəaliyyəti ilə beynəlxalq bazarda güclü mövqe qazanan MKE, dünyanın ən böyük müdafiə sənayesi şirkətləri sırasında yer alaraq sektordakı mövqeyini daha da möhkəmləndirir. Şirkət innovativ və yüksək əlavə dəyər yaradan məhsulları ilə Türkiyənin müdafiə sənayesi imkanlarını daha da irəli aparmaq vizyonunu qətiyyətlə davam etdirir.

Back to top button