MQ-9 “Reaper” PUA-ları 2035-ci ilədək xidmətdə qalacaq
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “General Atomics Aeronautical Systems” şirkətinə MQ-9 “Reaper” PUA parkının bir hissəsini təkmilləşdirmək sifarişi verib.
Bu barədə “Poliqon” xarici mediaya istinadən xəbər verib.
ABŞ HHQ Rusiya və Çin kimi rəqibləri ilə qarşıdurmada effektivliyini təmin etmək üçün MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarını (PUA) 2035-ci ilə qədər xidmətdə saxlamağı düşünür.
Beləliklə, “General Atomics Aeronautical Systems”, 2021-ci ilin aprelində əvvəlki yığımlarla müqayisədə planlaşdırılmış bir neçə yeni MQ-9 Multi-Domain Operation (M2DO) PUA tədarük etmək üçün ilk sifarişini alıb.
Digərlərindən mümkün qədər səmərəli istifadə etmək üçün silahlanmada olan MQ-9 donanmasının bir hissəsinin də eyni M2DO konfiqurasiyasına təkmilləşdirilməsi planlaşdırılır.
Təkmilləşdirmənin PUA havada olan zaman komandanlıq və idarəetmənin etibarlılığını təmin edəcək əlavə imkanları dəstəkləməsi hədəflənib.
Modernləşdirmə proqramı çərçivəsinə MQ-9 PUA-nın bort elektrik enerjisi gücünün artırılması və yeni açıq arxitekturanın inkişafı daxildir. Bu güncəlləmələr müasir təhlükələrə cavab olaraq yeni faydalı yükləri sürətlə birləşdirməyə imkan verəcək.
ABŞ HHQ MQ-9 PUA-nın elektro-optik / infraqırmızı kamerasını da təkmilləşdirməyi və PUA-ların daşıya biləcəyi silah növlərini genişləndirməyi planlaşdırır.
Bu təkmilləşdirmələrlə ABŞ HHQ MQ-9 “Reaper” PUA-nı 2035-ci ilədək xidmətinin proqnozlaşdırılan sonuna qədər aktual saxlayacağına ümid edir. O vaxta qədər, ABŞ, Rusiya və Çinin təhdidlərinə qarşı xüsusi olaraq hazırlanmış, “Stels” texnologiyalara malik MQ-Next PUA yaratmağı planlaşdırır.
Əhəd Əzizov