MSN: Texniki anbarda yanğının baş vermə səbəbləri araşdırılır

MSN: Texniki anbarda yanğının baş vermə səbəbləri araşdırılır

2024-cü il dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Məlumatda bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb və hadisənin baş vermə səbəbləri araşdırılır.

CATEGORIES
TAGS