Müdafiə Naziri: Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır

Müdafiə Naziri: Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır

Silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibdir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 2024-cü ilin birinci yarımilinin yekunlarına dair keçirilən geniş tərkibli kollegiya iclasında deyib.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına əməl edilməsinə, həmçinin hərbi qulluqçuların psixoloji hazırlığına və maarifləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Müdafiə naziri növbəti tədris ili bağlı görülən işlərin plana uyğun şəkildə və keyfiyyətli icrasına dair əlavə göstərişlər verib. Azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Şəxsi heyətin sosial-məişət şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərin mütəmadi olaraq yoxlanılması və ciddi nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.

Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov istənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır deyərək müşavirəyə yekun vurub.

CATEGORIES
TAGS