Müdafiə naziri: Azərbaycan Ordusu hər zaman qardaş Türkiyənin yanındadır
Azərbaycan Ordusu hər zaman qardaş Türkiyənin yanındadır.
“Poliqon” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirilən xidməti müşavirə zamanı deyib.
Müdafiə naziri müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə hərtərəfli yardımların göstərilməsi ilə əlaqədar tapşırıqlarını diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində təşkil olunan məntəqələrdə yardımların toplanmasında fəal iştirak edən hərbi qulluqçulara və onların ailə üzvlərinə təşəkkürünü bildirib.
Eyni zamanda müdafiə naziri Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşdakı fəaliyyətini yüksək qiymətləndirib.