
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttində yerləşən bölmələrə baş çəkərək vəziyyətlə yerində tanış olub.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkar edilərək ona qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.





