Müdafiə
Müdafiə naziri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşüb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



