Xəbərlər

Müdafiə naziri Xocavənddə müşavirə keçirib, Azərbaycan-Ermənistan sərhədindəki əməliyyat şəraiti təhlil edilib

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə müşavirə keçirib.

“Poliqon”un məlumatına görə, şəxsi həyəti müqəddəs Qurban bayramı münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verib.

Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzindən söz açaraq, müasir dövrdə, istər müharibə, istərsə də sülh şəraitində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhlükəsizlik tədbirlərinin görülməsinin xüsusi önəm daşıdığını vurğulayan müdafiə naziri kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən faydalandığını bildirib.

a6

Poliqon.az

Back to top button