ABŞ-ın JLTV maşınlarına yeni antidron sistemləri inteqrasiya edilir

ABŞ-ın JLTV maşınlarına yeni antidron sistemləri inteqrasiya edilir

ABŞ Dəniz Piayadaları Korpusu (USMC – United States Marine Corps) Norveçin “Kongsberg” şirkətinin ABŞ-dakı törəmə “Kongsberg Protech Systems” şirkəti ilə məsafədən idarə olunan silah sistemlərinin satın alınmasına dair müqavilə imzalayıb.

“Poliqon” “Kongsberg” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə əsasə “Kongsberg Protech Systems” şirkəti USMC-nin silahlanmasında yer alan JLTV (Joint Light Tactical Vehicles) yüngül taktiki avtomobillərinə inteqrasiya edilməsi üçün məsafədən idarə olunan döyüş modulu və MADIS radar sistemi tədarük edəcək.

Döyüş modulu 30 mm-lik top ilə komplektləşdirilib.

MADIS dronlarla yanaşı, minaatan və raketlərin yerinin aşkarlanmasında da istifadə oluna bilir. Radar vasitəsilə aşkarlanan hədəf dron termal və gündüz kameraları sayəsində müəyyənləşdirilir, avtomatik izlənir. İzlənməyə başlayan dronun istiqamət və mövqe məlumatları sistemin digər elementi olan RF qarışdırıcı vasitəsi ilə təsirsiz hala gətirilir.

Müqavilənin ümumi dəyəri 94 milyon ABŞ dolları təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS