Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun şəxsi heyəti arasında yaralanan yoxdur

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab verib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyət arasında heç bir yaralanan yoxdur.

“Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Azərbaycan tərəfinin atəşkəsi pozması və nəticədə Ermənistanın bir hərbçisinin, Azərbaycanın iki hərbçisinin yaralandığı qeyd olunub.

Back to top button