Xəbərlər

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabatı keçirilib

İyulun 11-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın 2025–2026-cı tədris ili üzrə hesabat və məzun günü tədbiri keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları və digər şəxslər iştirak ediblər.

İştirakçılar müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənin müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir V.Mustafayev çıxış edərək müasir dövrdə güclü müdafiə sənayesinin əsasını yalnız istehsal imkanları deyil, yüksək intellektual potensiala malik insan kapitalının təşkil etdiyini bildirib. O qeyd edib ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu inkişafın təməlində elm, təhsil və sənaye arasında qurulan səmərəli əməkdaşlıq dayanır.

Tədbir zamanı “Milli Tədqiqatların Dəstəklənməsi Proqramı” çərçivəsində icra olunan “Milli Energetik Materialların İnkişafı Proqramı”nın qaliblərinə mükafatlar, “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı” çərçivəsində həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı” və “İstehsalat Təcrübəsi Proqramı”nı uğurla başa vuran tələbələrə sertifikatlar, universitet-sənaye əməkdaşlığına verdikləri mühüm töhfələrə görə Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Xəzər Universitetinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Back to top button