NATO “Leonardo”dan RAT 31 DL/M radarları alır

NATO “Leonardo”dan RAT 31 DL/M radarları alır

NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) İtaliyanın “Leonardo” şirkətindən RAT 31 DL/M radarları alır.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, bunun üçün şirkət və NSPA arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət tədarük ediləcək radarlara həm də təmir, təlim, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyi göstərəcək

“Leonardo”nun bildirdiyinə görə, NSPA tərəfindən satın alınan RAT 31 DL/M radarları, Almaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunacaq.

Qeyd edilib ki, şirkət indiyə kimi dünyanın 18 ölkəsinə 70-dən çox RAT 31 (stasionar və mobil versiyada) satıb. Radar, NATO-nun hava hücumundan müdafiə imkanlarının mühüm komponentidir. Onun arxitekturası NATO-nun standartlarına cavab verir. RAT 31, çoxmillətli missiyalar zamanı bölmələrə tam qarşılıqlı şəkildə fəaliyyət göstərmək imkanı təmin edir.

Poliqon.az

CATEGORIES
TAGS