Norveç Almaniyadan hərbi yük maşınları alır

Norveç Almaniyadan hərbi yük maşınları alır

Almaniyanın “Rheinmetall” şirkəti Norveç Silahlı Qüvvələrinə 8×8 təkər formullu TG3 MIL hərbi yük maşınları tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı Norveç Müdafiə Avadanlıqları Agentliyi (NDMA) və “Rheinmetall MAN Military Vehicles” (RMMV) şirkəti arasında 150 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə görə, RMMV-nin istehsal edəcəyi 300 ədəd yük maşının Norveç Silahlı Qüvvələrinə çatdırılmasına 2026-ci ilin sonundan etibarən başlanacaq.

Poliqon.az

CATEGORIES
TAGS