
Norveç Ukraynaya NASAMS ZRK verəcək
Norveç Ukrayna Silahlı Qüvvələrini NASAMS zenit-raket kompleksləri (ZRK) ilə təmin edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat yer alıb.
Bildirilib ki, yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə NASAMS ZRK-nin tam təchizatlı iki buraxıcı qurğusu təhvil veriləcək.
Orta mənzilli hava hücumundan müdafiə sistemi olan NASAMS Norveçin “Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətləri tərəfindən birlikdə istehsal edilir. O, son illərdə NATO ölkələri tərəfindən ən çox satınalınan hava hücumundan müdafiə sistemidir.
KATEQORIYA: Dünya