Növbəti ATAK helikopteri Türkiyə Ordusuna çatdırılıb 

Növbəti ATAK helikopteri Türkiyə Ordusuna çatdırılıb 

Türkiyə Quru Qoşunlarına növbəti T-129 ATAK helikopteri təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bununla birlikdə Türkiyə Quru Qoşunlarına 2021-ci ilin iyunun 1-dən indiyə kimi ümumilikdə 2 ədəd ATAK helikopteri çatdırılıb.

T-129 ATAK helikopterləri Ordunun ehtiyaclarını qarşılamaq üçün Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) və İtaliyanın “AgustaWestland” şirkəti tərəfindən birgə hazırlanıb.

İlk uçuşunu 2011-ci ilin avqustunda reallaşdıran ATAK helikopterlərinin Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilməsinə 2014-cü ilin aprelindən başlanıb.

Poliqon.az

CATEGORIES
TAGS