
Növbəti RAM MK49 raket buraxma sistemi sifarişçiyə təhvil verilib
ABŞ Hərbi Dəniz Qüvvələrinə 250-ci RAM MK49 idarə olunan raket buraxma sistemi təhvil verilib.
“Poliqon” “Raytheon” şirkətinə istinadən xəbər verir ki, o, ABŞ HDQ üçün yeni inşa edilmiş “San Antonio” sinifli “USS Pittsburgh” gəmisində yerləşdiriləcək.
RAM MK49 sistemi ABŞ-ın “Raytheon” və Almaniyanın “RAM-Systems GmbH” şirkəti tərəfindən inkişaf etdirilib. Hazırda ABŞ və Almaniyadan başqa, RAM müştərilərinin sırasına Misir, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Meksika, Niderland, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxildir.