“Ordu-2023”: “Rosoboroneksport” döyüş meydanında özünü sübut etmiş məhsulları sərgiləyəcək

“Ordu-2023”: “Rosoboroneksport” döyüş meydanında özünü sübut etmiş məhsulları sərgiləyəcək

“Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 2023-cü il 14-20 avqust tarixlərində Rusiyada keçiriləcək IX “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda fəal iştirak edəcək.

“Poliqon” “Rosoboroneksport” xəbər verir ki, “Ordu-2023”də şirkət tərəfindən ümumilikdə 200-dən çox hərbi təyinatlı məhsul təqdim olunacaq.

“Ordu Forumunda nümayiş etdirilən Rusiya silahlarının nümunələri döyüş meydanında uğurlu istifadə təcrübəsinə malikdir. Onların istismarı asandır və eyni zamanda Qərb rəqiblərimizin ən müasir məhsullarına qarşı çox effektiv olduğunu sübut ediblər”, – deyə forumla bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib.

PUA-lar və süzən sursatlar: “Kub-E” süzən sursatı; “Orlan-10” və “Orlan-30” PUA-ları.

Hava hücumundan müdafiə (HHM), raket və artilleriya sistemləri: “Vikinq” və “Tor” zenit-raket kompleksləri (ZRK); “Pantsir-S1” zenit raket-top kompleksi (ZRTK); “Verba” və “İqla-S” MANPADS; 155 mm çaplı “Msta-S” və 120 mm çaplı 2S31 “Vena” özüyeriyən artilleriya qurğuları (ÖAQ).

PUA əleyhinə sistemlər: RB-504P-E, “Arqument-2” və “Arqument-3”.

Zirehli texnikalar: T-14 “Armata” tankı; K-17 “Bumerang” piyada döyüş maşını; “Tiger” və “Spartak” ailələrinə aid olan zirehli transportyorlar; Z-STS “Axmat” zirehli avtomobili.

Təyyarə və helikopterlər: Su-57 və Su-35 qırıcıları; Ka-52M və Ka-52E helikopterləri.

Atıcı silahlar: ŞAK-12, AK-12, AK-15 AK-19 və PPK-20 avtomatları; AK-200 seriyasına daxil olan avtomatlar; “Raptor” snayper tüfəngi; AGS-30 qumbaraatan sistemi.

Həmçinin, bu siyahıya müxtəlif zirehli nəqliyyat vasitələri, radarlar, artilleriya sursatları, avtomatlar, tapançalar, raketlər, rabitə cihazları və s. silah sistemləri daxildir.

Poliqon.az

CATEGORIES